“Ermənistan KTMT-nin üzvüdür, buna görə də üzvlük üçün NATO-ya müraciət etməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.
Bununla belə Paşinyan NATO ilə münasibətlərini davam etdirəcəklərini açıqlayıb:
“NATO ilə münasibətlərimiz var, bu ittifaqın Əfqanıstan və Kosovoda sülhyaratma missiyalarında iştirakımızı davam etdirəcəyik. Amma NATO-ya üzv olmaq üçün çalışmırıq”.
Paşinyan əlavə edib ki, Ermənistan həm Rusiya, həm də Avropa İttifaqı ilə tərəfdaşlıq edir, lakin heç kimin təsiri altında qalmayacaq:
“Biz həm Rusiya Federasiyası, həm də Avropa İttifaqı ilə tərəfdaşıq və heç kimin təsiri altında deyilik”.
Mənsur Rəğbətoğlu