12 Dekabr 2018 10:56
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandan olan milli-mədəni fəallar Rza Cəfərlu və Əkbər Quluzadə Urmiyada saxlanılıb.

Teleqraf.com xəbər verir ki, İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılan fəallara qarşı hansı ittihamın irəli sürüldüyü məlum deyil.

Azərbaycanlı fəallar dekabrın 8-də saxlanılsa da, bu barədə məlumatın yayılması gecikdirilib.

Hələlik fəalların harada saxlandığı məlum deyil.

Rza Cəfərlu və Əkbər Quluzadənin ailəsi onların vəziyyəti haqda məlumat əldə edə bilmədiyi üçün narahatdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər