Dünya əhalisinin yarısından çoxunun internetə çıxış imkanı var.
Teleqraf.com xəbər verir ki, bu haqda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatında deyilir.
Sənəddə 2016-cı il üzrə MDB ölkələrinin əhalisinin internetə çıxış imkanları göstərilib. Azərbaycan 78 faizlə bu siyahıda liderdir. İkinci yerdə Qazaxıstan (74,5%), üçüncü yerdə Rusiya (73%), dördüncü yerdə Moldova və Belarus (hər biri 71%) qərarlaşıb.
Ermənistan siyahıda 64 faizlə beşinci yerdədir. Bundan başqa, Ukrayna 53 faizlə altıncı, Özbəkistan 46 faizlə yeddinci, Qırğızıstan 34,5 faizlə səkkizinci, Tacikistan 20 faizlə doqquzuncu, Türkmənistan isə 18 faizlə onuncu yerdədir.
Məlumatda qeyd edilib ki, dünya əhalisinin üçdə birinin internetə çıxış imkanı yoxdur.
Bildirilir ki, planet əhalisinin 50%-dən çoxu artıq internetə çıxış imkanına malikdir. Bu göstəricini artırmaq üçün insanları kompüter texnologiyaları sahəsində bacarıqlara öyrətmək lazımdır.