“Valideynlər, diqqətli olun!”
“Bakı Tikiş Evinin nişanından istifadə edib saxta məktəbli geyimləri satılır. Bu geyimlər görünüşünə görə bizim məhsulların oxşarıdır, amma material keyfiyyətsizdir. Bu geyimlərdən istifadə uşaqlarda allergiya və digər fsadlar yarada bilər. Ona görə valideynlərdən xahiş edirik, geyim alarkən, diqqəli olsunlar. Ucuzluğuna aldanıb, övladlarına sintetik geyim almasınlar!”
Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimovun bu sözləri Teleqraf.com-a açıqlamasında bildirib. Onun sözlərinə görə, BTE-nin qaynar xəttinə daxil olan məlumata görə, hazırda bütün satış yarmarkalarında saxta məktəbli geyimlərinin satılması barədə məlumatlar daxil olur:
“"Bakı Tikiş Evi”nin 19 satış mərkəzi fəaliyyət göstərir. Bu dəqiqələrdə də bizə “Karvan” ticarət mərkəzində olan satış mərkəzindən zəng daxil oldu və bildirldi ki, Binə, Sədərək ticarət mərkəzlərində “kitayski” məktəbli geyimləri satılır. Mənşəyi bilinməyən bu geyimlər zirzəmi şəraitində tikilir. Klyonka materialına kosmetik görünüş verib alıcıya elə sırıyırlar ki, alıcı bunun keyfiyyətsiz olduğunu bilmir. Ona görə, valideynlər yaxşı olar ki, məktəbli geyimi alarkən uyğunluq və gigyenik sertifikat tələb etsinlər”.
Etibar Əzimov bildirdi ki, BTE tərəfindən saxta geyimlərlə bağlı mütəmadi olaraq İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər edilir.
SEVİL