13 Dekabr 2018 20:15
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təcavüzkar Ermənistan ordusunun bir qrup hərbi qulluqçusu baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyana müraciət edib.

Teleqraf.com xəbər verir ki, onlar müraciətdə öz ac uşaqları üçün 10 min dram oğurlamaqda şübhəli bilinən əsgər yoldaşlarının anasının əfvini istəyiblər.

Hərbçilər qeyd ediblər ki, bir aydan sonra ordudan tərxis olunacaqlar və hərbçi yoldaşları onu evə qayıdarkən, anasız görmək istəmirlər.

Əslində, ev də yoxdur, çünki ailə kirayə mənzildə yaşayır.

Yazının yerləşdirildiyi “Lragir.am” saytında bildirilir ki, hərbçilərin açıq məktubu və “kişi məsələsi”nin nümayişkəranə rakursda müzakirəsi Ermənistan üçün yeni bir haldır.

Qeyd olunur ki, ordu uzun illərdir “oğru qanunları” ilə idarə olunan “zon”a çevrilib. Burada hakimiyyətlə məsələləri müzakirə etmək ayıb hesab olunur.

Bildirilir ki, Ermənistandakı “inqilab” ölkədəki oğru sisteminin əsaslarını sarsıdıb. Hansı ki, o sistem metastaz verərək, orduya yayılıb.

Müraciətdə daha sonra bildirilir ki, guya oğru və kriminallar artıq elə bir nüfuza malik deyillər və onlara dövlət dəstəyi yoxdur. Hərbçilər də artıq öz aralarındakı münasibətləri “ponyatka” yeritməklə, “razborka” ilə deyil, adi insan əxlaqı çərçivəsində qurmaq istəyirlər.

Ən acınacaqlısı isə odur ki, düşmən ordusunda hərbi nizamnamələrə zidd olaraq, hərbi qulluqçular arşındakı münasibətlər, subordinasiya qaydaları əvvəlkindən heç də fərqlənmir.

Təsəvvür edin, ölkənin baş nazirinədək nə qədər instansiya – komandir (rəis) heyəti var. Hərbi qanunvericiliyə görə, aşağı rütbəli hərbi qulluqçu hər hansı bir hadisə ilə bağlı özündən bir pillə yuxarı komandanlığa müraciət etməlidir. Əgər tədbir görülməzsə, növbəti instansiyaya şikayət edə bilər. Erməni əsgərlər isə özbaşına olaraq, birbaşa baş nazir səlahiyyətlərini icra edən Paşinyana müraciət ünvanlayır.

Burda bir məqamı da vurğulamaq yerinə düşər. Ola bilsin ki, baş nazirə qədər mövcud onlarla instansiya əsgər müraciətini vecinə almayıb, elə o səbəbdən də müddətli hərbi qulluqçular bu addımı atmaq məcburiyyətində qalıblar.

Görünən odur ki, belə getsə, heç Paşinyan da oğru qanunları ilə idarə olunan erməni ordusunu düzəldə bilməyəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər