26 Avqust 2014 17:18
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Respublikasının XI prezidenti Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Abdullah Gül prezidentlik fəaliyyəti dövründə Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib, bu əlaqələrin inkişafında Azərbaycan prezidenti İlham Əliyevlə olan şəxsi dostluq münasibətlərinin rolunu xüsusi vurğulayıb.

Xoş sözlərə görə Abdullah Gülə minnətdarlığını bildirən prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin möhkəmləndirilməsində Abdullah Gülün xidmətlərini xüsusi vurğulayıb, ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səxavət


Müəllif: