17 Dekabr 2018 09:12
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ nümayəndələri bu gün Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) Taliban terror təşkilatı ilə danışıqlara başlayır.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Talıbanın mətbuat katibi Zəbulla Mücahid deyib.

Zəbulla Mücahid özünün Tvitter hesabında bildirib ki, danışıqlarda Səudiyyə Ərəbistanı, Pakistan və BƏƏ təmsilçiləri də iştirak edəcək.

Görüşün yeri və vaxtı, eləcə də müzakirə mövzusu açıqlanmır.

Məlumatlara görə, bu, son aylar ABŞ-la Taliban arasında üçüncü görüşdür.


Müəllif: Mahir