18 Dekabr 2018 00:45
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sərəncamı ilə İlham İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Teleqraf.com-un məlumatına görə, İlham İsmayılov təyinatı ilə bağlı Unikal.org-a açıqlama verib. O, rayonun sosial və iqtisadi həyatında ciddi dəyişikliklər olacağını bildirib.

“Mən təyinatımı yüksək etimad kimi dəyərləndirirəm. Bu, cənab prezidentin mənim üzərimə qoyduğu məsuliyyətdir. Çalışacam ki, İlham Əliyevin yüksək etimadını doğruldum. Mingəçevir şəhərinə dövlət dəstəyi var. Şəhərdə quruculuq, abadlıq işləri gedir və bu işlər davam etdiriləcək. Cənab prezidentin siyasəti birmənalı olaraq Mingəçevirdə yüksək səviyyədə aparılıb, bundan sonra da davam etdiriləcək”, - deyə yeni icra başçısı qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər