Dekabrın 12-də Avropa Parlamentinin qəbul etdiyi qətnamə böyük uğur və qələbədir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə millət vəkili Qüdrət Həsənquliyev deyib.
O əlavə edib ki, Avropa Parlamenti ilk dəfədir ki, belə qətnamə qəbul edib:
“Biz adətən, görürüdük ki, Avropa Parlamenti Ukrayna, Moldova və Gürücstanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin isə sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayırdı. Azərbaycana isə deyirdilər ki, gedin ermənilərlə razılaşın. Beləcə dolayısı yolla ermənilərə dəsətk verirdilər.
İlk dəfədir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin ərazi bütövlüyü çərçivəsində həllini vacib sayıb. Hesab edirəm ki, bu, Azərbaycan parlamentinin böyük uğurudur. Mən Cavanşir Feyziyev başda olmaqla bu tədbirdə iştirak edən həmkarlarımızı təbrik edirəm”.
Deputat əlavə edib ki, son dövrlər ikinci diplomatik qələbə odur ki, artıq Ermənistan təklənib, hətta öz müttəfiqlərini itirir: “Hesab edirəm ki, Azərbaycan Ermənistana təzyiqlərini artırılmalı, 2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır”.