18 Dekabr 2018 14:09
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum məsələdir ki, himn ifa olunanda hamı ayağa durmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, himn çalınanda hərə bir cür dayanır: “Aydındır ki, himn oxunan zaman farağat vəziyyətində dayanmaq lazımdır. Amma bəziləri farağat, bəziləri isə əli ürəyinin üstündə dayanır. Bunlara aydınlıq gətirilməlidir”.


Müəllif: Cavad