Çili Respublikasının Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Bu barədə Teleqraf.com-a səfirlikdən məlumat verilib.
Kolumbiyanın Azərbaycandakı səfirliyi öz ofisinin bir hissəsini Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Qabriel Leopoldo Xara Maldonadoya təqdim edib.
Bildirilir ki, Kolumbiya, Çili, Meksika və Perunun diplomatik nümayəndəlikləri Azərbaycanda təkcə ikitərəfli münasibətləri deyil, həm də bölgənin maraqlarını gücləndirəcəklər.