Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə "İlin dövlət başçısı" seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar məlumat verib.
O bildirib ki, sözügedən seçim Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan 16 bölgədə 145 vətəndaş cəmiyyəti təşkilatları tərəfindən aparılıb.
Bilal Dündar deyib ki, "İlin dövlət başçısı" mükafatı Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacaq:
"İnşallah yanvar ayında Azərbaycana səfər edərək, bu mükafatı cənab İlham Əliyevə təqdim edəcəyik".