27 Avqust 2014 10:31
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan Müsavat Partiyasının başqanlığa namizədlərinin rəsmi təbliğat kampaniyasına start verilir.

Teleqraf.com xəbər verir ki, artıq başqanlığa namizəd olan Qubad İbadoğlu sosial şəbəkələrdə təbliğatına start verib.

Qubad İbadoğlu əsasən illər əvvəl Müsavat Partiyasının tədbirlərində çəkilən fotoları Facebook səhifəsində paylaşır, bununla da göstərmək istəyir ki, təsadüfi başqanlığa namizəd deyil, bu partiya üçün xidmətləri olub.

Qubad İbadoğlu son paylaşdığı fotosunda yazdığı statusda aşağıdakıları qeyd edib:

“Arxivimdən sizə tarixi şəkillərdən daha birini təqdim edirəm. Təxminən 12 il bundan əvvəlin şəklidir. Şəkildə Müsavatın baş katibi Vurğun bəyin və humanitar məsələlər üzrə katib İbrahim bəyin iştirakı ilə İqtisadiyyat Komissiyasının hazırladığı İqtisadiyyatda təxirəsalınmaz tədbirlər paketini müzakirə edirik. O zaman İqtisadi siyasət komissiyasından 150-dən çox mütəxəssis cəmləşmişdi”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər