“PALMALİ” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Teleqraf.com-un xəbərinə görə, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə şirkətimizin hər bir əməkdaşı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.
Sizə uzun ömür, möhkəm cansağlığı, sevinc və firavanlıq dolu həyat arzu edirəm. Azərbaycan Respublikasının rəhbəri olaraq həyata keçirdiyiniz uğurlu fəaliyyət, daxili və xarici siyasətdə əldə etdiyiniz misilsiz nailiyyətlər ölkənin hər bir vətəndaşı üçün fəxr mənbəyidir. Bu əlamətdar gündə Sizə və Sizin başçılığınız altında dövlətimizə yeni yüksəlişlər, yeni müvəffəqiyyətlər diləyirəm.
Bu xüsusi tarixin verdiyi fürsətdən istifadə edərək, ali dövləti vəzifədə xalqın etimadını layiqincə doğrultduğunuza, ölkədə sahibkarlığa, sosial rifaha, iqtisadi tərəqqiyə verdiyiniz əvəzsiz töhfələrə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizin şəxsinizə böyük hörmət və ehtiramımı ifadə edirəm".