25 Dekabr 2018 19:42
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı illərdə Azərbaycan və Türkiyə haqlı olaraq işğalçı ilə sərhədlərini bağladı. Bu, müharibə və ondan sonrakı atəşkəs dövründə də davam etdi və tamamilə qanunauyğun addım idi. Ermənistan bütün dünyaya hay salıb blokadaya alındıqları barədə səs-küy qaldırdı, nəticədə ABŞ Konqresi 1992-ci il ilin oktyabrında Azərbaycana qarşı mənfur 907-ci düzəlişi qəbul etdi. Lakin illər ötdü, 25 il müddətində Azərbaycan inkişaf etdi, dünyaya açıldı, Ermənistan isə ildən-ilə zəiflədi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, Azərbaycan ABŞ, Avrasiyanın aparıcı dövlətləri ilə əlverişli nəqliyyat-kommunikasiya, enerji layihələri həyata keçirib günü-gündən inkişaf etdiyi halda, Ermənistan tənəzzülə doğru sürətlə yuvarlanıb: “Azərbaycan işğalçı ölkəni öz həyata keçirdiyi bütün qlobal əhəmiyyətli layihələrdən kənarda saxlayıb. Halbuki, Gürcüstan məhz bu cür layihələrdə tranzit ölkə qismində iştirakına görə iqtisadi tənəzzüldən qurtula bilib.

Ermənistan isə təbii resursları olmayan ölkə kimi tək şansı tranzit ölkə rolunda çıxış edib gəlir əldə etmək imkanından öz düşünülməmiş, ağılsız siyasətinə görə məhrum olub. Bundan başqa, quldur "Qarabağ klanı"nın hakimiyyəti dövründə Ermənistanda "kölgə iqtisadiyyatı" sürətlə inkişaf edib və buna şəxsən Sərkisyanın yaxın ətrafı, qohumları himayə edib. Bu məsələ beynəlxalq təşkilatların hesabatlarında da daima xüsusi vurğulanıb”.

Politoloqun fikrincə, Ermənistanda istehsal sahələri inkişaf etməyib, istehlak mallarının qiyməti həddindən artıq baha olduğu üçün əhalinin vəziyyəti günü-gündən pisləşib: “Avrasiya İqtisadi Birliyinə üzvlük çərçivəsində Ermənistana yaradılan şərait, 6 azad iqtisadi zonadan birinin Ermənistana verilməsi, İranla sərhəddə bu cür iqtisadi rejimli ticarət zonasının yaradılması da xarici ianələr hesabına yaşayan Ermənistanın iqtisadiyyatını inkişaf etdirə bilmədi. Belə olan halda bu ölkənin tək bir yolu qalır: işğaldan əl çəkib Azərbaycanla münasibətləri qaydasına salmaq şansı əldə etmək yollarını aramaq. Bu olmadığı təqdirdə Ermənistan nə inkişaf edəcək, nə də bu ölkədə demokratiya bərqərar olacaq. Çünki demokratiyaya gedən uzun yol həm də güclü iqtisadiyyatdan keçir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər