Magistral qaz kəmərində qəza-bərpa işlərilə əlaqədar olaraq Gürcüstan ərazisi ilə Ermənistana Rusiya qazının verilişi avqustun 27-də saat 05:00-dən müvəqqəti dayandırılıb.
Trend-in Gürcüstan Qaz Tranzit Şirkətinə istinadən verdiyi məlumata görə, Ermənistan tərəfi qazın verilişinin dayandırılması barədə rəsmən məlumatlandırılıb.
Qeyd edək ki, Ermənistana sonuncu dəfə qazın verilişi avqustun 20-də müvəqqəti dayandırılmışdı və 3 gündən sonra bərpa edilmişdi. Buna səbəb Gürcüstanda (Daryal dərəsində) Şimali Qafqaz-Cənubi Qafqaz magistral qaz kəmərində baş vermiş qəza olmuşdu.
Ermənistanın qaz təchizatı müvəqqəti dayandırılarkən ölkə istehlakçıları "Abovyan" yeraltı qaz anbarındakı qazla təmin olunurlar.