Yeni ilin gəlişi müxtəlif ölkələrdə müxtəlif formalarda qeyd edilir.
Teleqraf.com bir sıra ölkələrdəki qeyri-adı yeni il adətlərini təqdim edir:
Danimarka - Boşqab qırma, Yüksəklikdən tullanma
Danimarkada hər il dekabrın 31-nə qədər istifadə edilməyən boşqablar toplanılır və yeni ilə gəlişi zamanı yaxınlarla birlikdə sındırılır.
Yüksək bir yer tapa bilməyəndə stulun üstünə çıxıb tullanırlar.
Ekvador - Bostan müqəvvasının yandırılması
Bu ölkədə yeni il axşamı bostanlarda quşları qorxutmaq məqsədilə qurulan müqəvvalar və keçən ildən qalan fotoşəkillər yandırılır.
İspaniya - 12 növ üzüm yemək
Gecə yarısı 12 növ üzümdən yeməyə başlayan ispanlar bunun onlara uğur gətirəcəyini düşünürlər.
Filippin - Dairəvi yeməklər
Bu ölkədə yaşayan insanlar dairəvi formada olan təamların uğur gətirdiyinə inanaraq yeni il axşamı yumruşəkilli qidalar qəbul edirlər.
Cənubi Amerika - Rənbərəng altpaltarları
Cənubi Amerikada yaşayan bəzi insanlar rəngli altpaltarlarının onların taleyinə təsir edə biləcəyinə inanırlar.
Yaponiya - Zənglər
Buddizmə inanan çinlilər yeni il axşamı zəngləri 108 dəfə eyni vaxtda çalırlar. Bunun onlara saflıq gətirəcəyini düşünürlər.
Peru - Takanakuy festivalı
Hər il Perulular eyni adlı kəndə gedərək biri-birilərini yumruqlayırlar.
İsveçrə - Dondurma atma
İsveçrəlilər yeni ilə qədəm qoyanda yerə dondurma atırlar.
Ruminiya - Qəpik fırlatmaq
Rumınlar yeni il axşamı qəpik ataraq onun hansı tərəfinin düşəcəyini yoxlayırlar.
Portoriko - Bir vedrə su…
Bu ölkədə yaşayan insanlar yeni il axşamı küçəyə bir vedrə su atırlar.
Belçika - İnəklər…
Belçikalılar inək alaraq yeni ili onlarla birlikdə keçirirlər.
Boliviya - Şirniyatın içinə pul qoymaq, Çamadan gəzdirmək
Bu pul kimin payına çıxarsa, yeni il ona düşərli olur.
Bu ölkənin sakinləri bayram günü yanlarında çamadan daşımağın daha çox səyahət imkanı gətirdiyini düşünürlər.
Fransa - Pankek şirniyyatı
Fransızlar hər yeni il axşamı bu şirniyyatdan hazırlayırlar.
Tayland - Su atmaq
Bu adətin onlara uğur gətirdiyinə inanırlar.
Çili - Qəbirstanlıqda yatmaq
İtirdikləri yaxınlarının qəbri üstünə gedib gecəni onlarla keçirirlər.
Rumıniya - Heyvanlarla danışmaq, çörəyi divara çırpmaq
Yeni il günü heyvanlarla danışmağa çalışan rumınlar bunu bacararlarsa, yeni ilin uğursuz olacağına inanırlar. Həmçinin çörəyi divara çırpmaqla mənfi enerjidən azad olacaqlarını düşünürlər.
Cənubi Afrika - Əşya atmaq
Cənubi afrikalılar həmin gecə köhnə əşyalarını pəncərədən atırlar.
Sibir - donmuş su
Sibirdə olan insanlar yeni il axşamı buzlu suya girirlər.
Finlandiya - Metal tökmək
Əridilmiş metalı suya tökərək alınmış füqurun mənasını yozurlar.
Panama - Gəlincik yandırma
Onlar bununla şans əldə etdiklərini düşünürlər.
Şotlandiya - İlk qonaq
Yeni ildə evə ilk addım atanın o ev üçün uğurlu olduğuna inanılır.
Estoniya – Yeddi dəfə yeməkyemə
Estonlar bolluq gətirməsi üçün həmin gün yeddi dəfə yemək yeyirlər.