11 Yanvar 2019 17:34
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sədrliyi ilə vaxtaşırı Nazirlər Kabinetinin iclaslarının keçirilməsi ötən dövrün sosial-iqtisadi inkişafına yekun vurmaq və qarşıda duran vəzifələri müəyyənləşdirmək xarakteri daşıyır. Bu iclasların keçirilməsi artıq dövlətçiliyimizin bir praktikasına çevrilib.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, bu gün keçirilən iclas da həm ötən ilə yekun vurmaq, həm də gələcək perspektivin əsas istiqamətlərini müəyyənləşdirmək məqsədi daşıyırdı:

“Cənab Perzidentin həm giriş, həm də yekun nitqi göstərir ki, Azərbaycan özünün inkişaf tempini saxlamaqdadır. Qeyri-neft sektorunun inkişafı daim hökumətin diqqətindədir. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycan iqtidarının hər zaman diqqətində olan, bu sahədə böyük uğurlar qazandığı bir məsələdir. Müzakirə edilən, cənab Prezidentin çıxışında qaldırdığı məsələlər, bu gün dövlət idarələri və cəmiyyət üçün bir perspektiv plandır.

Heç bir şübhə yoxdur ki, əvvəlki illərdə olduğu kimi 2019-cu ilin göstəriciləri də yüksək olacaq. Həyatımızın bütün sahələrində uğurlar əldə edə biləcəyik”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı iclasda etdiyi giriş və yekun nitqində ölkə həyatının demək olar bütün sahələrinə toxunub.


Müəllif: Səxavət Həmid