13 Yanvar 2019 22:14
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən günlərdə ərdəbilli gəncləri Təbriz əleyhinə etiraza çağıran Ərdəbilin imam cüməsi Həsən Amuli geri addım ataraq, Təbriz şəhərini "böyük qardaş" adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə danışan H.Amuli çıxışında xüsusi məqsəd güdmədiyini deyib.

“Təbriz ağadır (böyükdür), ağa da qalacaq. Təbriz əhalisi hər zaman bizim böyük qardaşımız olub, belə də olacaq. Təbriz dünya azərbaycanlılarının fəxridir və hər zaman da belə qalacaq”, - o bildirib.

Qeyd edək ki, H.Amuli ötən günlərdə ərdəbilli gənclərlə Təbrizin əleyhinə etiraz aksiyası keçirməyi planlaşdırdığını bildirmişdi. O, Ərdəbil Əyalətində yerləşən İmarət kəndinin Daxili İşlər Nazirliyi tərəfindən Şərqi Azərbaycan Əyalətinə ilhaq edilməsi ilə bağlı xəbər yayıldıqdan sonra belə bir açıqlama ilə çıxış etmişdi.


Müəllif: Teleqraf.com