16 Yanvar 2019 09:20
1 805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan, Misir, Cənubi Kipr, İtaliya, İsrail və İordaniyanın Şərqi Aralıq dənizi üzrə qaz konsorsiumu yaratmasına Türkiyə qarşılıq verməlidir.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Enerji İqtisadiyyatı Təşkilatının rəhbəri Gürkan Kumbaroğlu çıxış edib.

O, Türkiyənin belə bir konsorsiuma "oldu-bitdi" deyə izn verməyəcəyini dəfələrlə vurğuladığını xatırladıb.

Gürkan Kumbaroğlu Türkiyəsiz qaz birliyi qurulması səbəbini ölkəsinin Suriyada terrorla mübarizə aparmasına başı qarışması ilə əlaqələndirib.

Onun fikrincə, Türkiyə də analoji addım atmalıdır. Şimal-şərqi Aralıq dənizi qaz konsorsiumu yaratmağı təklif edən Gürkan Kumbaroğlunun sözlərinə görə, bura Türkiyə, Şimali Kıbrız, Livan və Suriya daxil ola bilər.

Qurumun mərkəzi isə Kıbrızın seçilməsi məsləhət görülür.

Gürkan Kumbaroğlunun sözlərinə görə, konsorsiumda Suriyanı hələlik Rusiya təmsil edə bilər.


Müəllif: Mahir