16 Yanvar 2019 10:30
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycana səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində onun Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və başqa rəsmilərlə görüşü gözlənilir.

Görüşlərdə hərbi və hərbi texniki əməkdaşlığın inkişafı, terrorçuluğa qarşı mübarizə və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Səfərin yekununda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.


Müəllif: Teleqraf.com