16 Yanvar 2019 10:58
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafina yardım üzrə NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi” proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Alyansın ekspert qrupu ilə işçi görüşü keçirilir.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, NATO-nun ekspert qrupu ilə hərbi təhsil müəssisələrinin müəllimləri dərs planlarının və proqramlarının hazırlanmasına və qiymətləndirməyə dair müzakirələr aparırlar.

Yanvarın 17-dək davam edəcək işçi görüşü çərçivəsində yerli müəllimlər açıq dərslər keçirəcəklər. Sonda isə bu açıq dərslərin ümumi nəzəriyyəsinin müzakirəsi və qiymətləndirilməsi olacaqdır.


Müəllif: Teleqraf.com