16 Yanvar 2019 16:22
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın Xarici İşlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında Parisdə görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, dünən yanvarın 15-də Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) ilə görüşmüşdü.

Bu gün isə həmsədrlərin Zöhrab Mnatsakanyanla görüşü baş tutub.


Müəllif: Nərgiz