16 Yanvar 2019 17:20
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, Müdafiə nazirinin müvafiq göstərişi tabeçilikdə olan birlik və birləşmələrə çatdırılıb.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, göstərişə əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının, eləcə də döyüş texnikası və hərbi obyektlərin qorunması məqsədilə bütün hərbi hissələrdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.


Müəllif: Teleqraf.com