17 Yanvar 2019 07:05
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda əsən şimal-qərb küləyi Bakıda 24 m/san, Abşeron yarımadasında 26 m/san. çatır, arabir 30 m/saniyəyədək şiddətlənir.

Teleqraf.com xəbər verir ki, bu barədə ETSN-də yaradılan Qərargahın səhər saat 06:00-a olan operativ məlumatında deyilir.

Qeyd olunur ki, dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb.

***03:15

17 yanvar saat 03:00-a olan məlumata görə, açıq dənizdə dalğanın hündürlüyü 3,5 metrə çatıb.

Bu barədə ETSN-də yaradılan Qərargahın operativ məlumatında deyilir.

Məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcə aşağı enərək, 6,3 dərəcə təşkil edir.

***02:05

Əvvəlcədən proqnozlaşdırıldığı kimi Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi saat 23:00-24:00 radələrindən başlayaraq şimal-qərb küləyi ilə əvəz olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan verilən məlumata görə, yarımadada küləyin sürəti 18 m/s-dək güclənib.

"Saat 01:55 radələrində Çilov adasında şimal-qərb küləyinin sürəti 25 m/s-dək güclənib, dalğanın hündürlüyü 3,1 metrə çatıb", - deyə məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com