Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargah operativ məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, saat 09:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30-35 m/saniyədək şiddətlənib.
Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir