20 Yanvar 2019 20:42
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada yaşayan azərbaycanlılar 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə Azərbaycan Demokratik Respublikasının (ADR) nümayəndələrinin paytaxt Parisdəki məzarını ziyarət ediblər.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, ölkəmizin YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər ADR nümayəndələrinin məzarları üzərinə əklil qoyublar.

Ziyarətçilər Fransanın San-Klu, Bobinyi və Monparnasqəbiristanlıqlarına da gedərək orada dəfn olunan azərbaycanlıların məzarlarını ziyarət ediblər.


Müəllif: Teleqraf.com