21 Yanvar 2019 15:33
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasl Parlament Assambleyasının (AŞPA) rəhbərliyi təşkilatın bu gün başlayan qış sessiyasında yenidən təsdiq olunaraq tərkibi müəyyən olunub.

Lilyan Mori Paskye AŞPA-nın yay sessiyası müddətində müvəqqəti prezident seçilmişdi və qış sessiyasında yeganə namizəd olduğu üçün seçkisiz bu vəzifəyə təyin edilib.

O 1956-cı ildə Cenevrədə anadan olan Lilyan Mori Paskye İsveçrənin sosial Partiyasının üzvüdür.

Qeyd edək ki, AŞPA-nın əvvəlki prezidenti Mikele Nikoletti keçən ilin mart ayında İtaliya parlamentində növbəti seçkilər zamanı yenidən seçilə bilməməsi ilə əlaqədar AŞPA-nın rəhbərliyindən kənarlaşdırılıb.

AŞPA-nın qış sessiyası bu gün işinə başlayıb və yanvarın 25-nə kimi davam edəcək./Report/


Müəllif: Teleqraf.com