21 Yanvar 2019 15:36
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Avropa Şurasl Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib.

Nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev bildirib ki, eyni zamanda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yenidən vitse-prezidenti seçilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri deputatlar Rafael Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyevdir.

Qeyd edəjk ki, bu gün AŞPA-nın qış sessiyası başlayıb və yanvarın 25-ə kimi davam edəcək.


Müəllif: Mənbə/Report