21 Yanvar 2019 23:26
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mehman Hüseynovun işindən istifadə edərək Azərbaycana hücumlar edənlər, Azərbaycanın imicinə xələl gətirməyə çalışanlar var".

Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Strasburqda keçirilən qış sessiyası zamanı deyib.

“20 yanvar tarixində Mehman Hüseynov Azərbaycan Prezidentinə onun işinin obyektiv və ədalətli şəkildə həll edilməsi üçün müraciət edib. İnsan hüquqları müdafiəçiləri Mehman Hüseynova baş çəkiblər. 21 yanvar tarixində Azərbaycan Prezidenti Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib", - deyə S.Seyidov bildirib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri bu məsələdə Azərbaycan tərəfi ilə əlaqəyə girərək məsələ ilə yaxından maraqlanan həmkarlarına, o cümlədən qurumun digər işçilərinə öz təşəkkürünü bildirib və bu cür ali qurum daxilində belə həssas məsələlərə emosiyalarla yox, ağılla yanaşılmasının əhəmiyyətini vurğulayıb.


Müəllif: Mənbə/Report