23 Yanvar 2019 12:46
2 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın 30 yaşı tamam olur.

Kult.az xatırladır ki, Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda İlham Əliyev və Mehriban Əliyevanın ailəsində anadan olub.

1995-2006-cı illərdə Bakıda 160 saylı tam orta məktəbdə, daha sonra isə İsveçrə və Böyük Britaniyada təhsil alıb.

2015-ci il mayın 9-da Arzu Əliyevanın “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, 2016-cı il yanvarın 22-də isə layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” adlı sənədli filmləri təqdim olunub.

Arzu Əliyeva 2011-ci il sentyabrın 3-də azərbaycanlı biznesmen Aydın Qurbanovun oğlu Səməd Qurbanovla ailə qurub. Cütlüyün iki övladı var.

Qeyd edək ki, bu gün həm də İlham Əliyev və Mehriban Əliyevanın ailə həyatı qurmalarının 36-cı ili tamam olur.


Müəllif: Teleqraf.com