23 Yanvar 2019 13:00
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “VTB-Bank”ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.

Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “VTB-Bank” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.

Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com