23 Yanvar 2019 13:10
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə görüşü olub.

Teleqraf.com Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Erik Gebali “Suez Group”un Azərbaycanda su infrastrukturunun inkişaf etdirilməsi sahəsində fəaliyyətindən və ölkəmizlə əməkdaşlığın uğurlu olmasından danışıb. O, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Prezident İlham Əliyev “Suez Group” ilə əməkdaşlıq çərçivəsində görülən işlərin əhəmiyyətini vurğulayıb, şirkətlə əməkdaşlığın ölkəmizdə su infrastrukturunun daha da təkmilləşdirilməsinə böyük töhfə verdiyini qeyd edib.


Müəllif: Teleqraf.com