23 Yanvar 2019 20:00
2 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Ermənistana təzyiq edir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qriqori Eyvazyan deyib.

Onun sözlərinə görə, münaqişə tərəfləri arasında uzun zamandır gözlənilən atmosfer yaradılıb:

“Ermənistan və Azərbaycan rəhbərləri – Nikol Paşinyan və İlham Əliyev, o cümlədən, xarici işlər nazirləri arasında keçirilən sonuncu görüşlər də bundan xəbər verir. Hesab etmək olar ki, tərəflər münaqişənin ən qısa müddətdə həllinə çalışır.

Lakin İran, Türkiyə, ABŞ və hətta İsrailin də prosesə daxil olmaq səyləri Ermənistanın xeyrinə deyil. Bunun ən bariz nümunəsi kimi, İran Silahlı Qüvvələri Baş qərargahının rəisi Məhəmməd Bağırinin Bakıda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistan tərəfinin birtərəfli güzəştlərə ehtiyacının olması barədə bəyanatını göstərə bilərəm. Bu baxımdan, Rusiya və Türkiyə prezidentləri arasında keçiriləcək görüşün əsas müzakirə mövzusunun Suriya yox, Qarabağ olacağını deyə bilərəm”.


Müəllif: Mənsur Rəğbətoğlu