4 Fevral 2019 18:00
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythingeri qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythinger dövlət başçısına onu qəbul etdiyinə görə minnətdarlığını bildirib. Kristian Faythinger ölkəmizə ilk dəfə səfərindən məmnunluğunu ifadə edərək, Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verən Kristian Faythinger bildirib ki, bu gün Beynəlxalq Astronavtika Federasiyasına 68 ölkədən 368, o cümlədən Azərbaycandan olan 3 təşkilat daxildir. Qonaq rəhbərlik etdiyi qurumun hər il Beynəlxalq Astronavtika Konqresini keçirdiyini vurğulayıb və belə bir önəmli faktı xatırlayaraq deyib ki, bu cür tədbirlərdən biri 1973-cü ildə Bakıda keçirilib. Daha sonra o, Azərbaycanda kosmik sənayenin uğurla inkişaf etdiyini və bu sahədə ölkəmizin son vaxtlar əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Dövlət başçısı 1973-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Beynəlxalq Astronavtika Federasiyasının Bakıda keçirilən XXIV konqresini məmnunluqla xatırlayıb və o zaman həmin tədbirin beynəlxalq əhəmiyyətli bir hadisəyə çevrildiyini, konqresdə məşhur kosmonavtların və astronavtların iştirak etdiyini vurğulayıb. Azərbaycanda kosmik sənayenin inkişafına toxunan Prezident İlham Əliyev bu sahənin ölkədə ən prioritet istiqamətlərdən biri olduğunu deyib.

***

15:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythingeri qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər