6 Fevral 2019 10:28
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Naziirliyi fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumatda qeyd olunub ki, zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Fevralın 6-da səhər saatlarında Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin digər rəhbər şəxsləri və mütəxəssislər zəlzələnin nəticələrinin araşdırılması məqsədilə bölgəyə gediblər.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər