6 Fevral 2019 21:30
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi rahibələr seks köləsinə çevrilib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Roma Papası Fransisk Birləşmiş Ərəb Əmirliklərinə səfərdən geri dönərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, rahiblərin, hətta bəzi yepiskopların kilsədə rahibələrə cinsi təcavüz etməsi həqiqətdir: “Bu məsələ ilə əlaqədar xeyli vaxtdır araşdırma aparırıq. Buna görə də bir çox rahibi vəzifədən kənarlaşdırmışıq. Bəli, daha çox şey etməliyik. Bu məsələdə iradə sahibiyik”.

Papa sələfi Benediktin 2005-ci ildə qadın köləliyinə görə konqreqasiyanın ləğv olunması haqqında qərar çıxardığını, lakin o zamanki kardinal Ratzingerə maneə yaradıldığını söyləyib.

Qeyd edək ki, ABŞ-da təcavüzə məruz qalan qadınların “MeToo” kampaniyasında son zamanlar rahibələr də qoşulub.


Müəllif: Leyla

Oxşar xəbərlər