7 Fevral 2019 09:39
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron tarixçi deyil. Cənab Makron, siyasi yalandan əl çək, Xocalıya bax. Fransa prezidentinin 1915-ci il hadisələrinin aprelin 24-də anma günü elan edəcəyinə dair bəyanatını iş fəaliyyətinin böyük hissəsində ASALA terrorçularının təhdidləri ilə üzləşən diplomat kimi şiddətlə qınayıram. Tarixçilər tarixlə, siyasətçilər isə siyasətlə məşğul olmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycan və Moldovada fövqəladə və səlahiyyətli səfiri olmuş, məşhur diplomat Hulusi Kılıç deyib.

Diplomat hesab edir ki, 1915-ci il hadisələri hüquqi, tarixi və akademik aspektləri ilə qanuni müzakirə mövzusudur: “Bu, siyasətçilərin deyil, tarixçilərin müzakirə edəcəyi məsələdir. 1915-ci ildə heç Makronun babası dünyaya gəlməmişdi. Makronun əvvəlcə Osmanlı tarixini yaxşı öyrənməsini gözləyirik”.

Hulusi Kılıç qeyd edib ki, Makronun sözləri Fransada yaşayan 700 mindən çox Türkiyə vətəndaşı və türk kökənli Fransa vətəndaşları, başda Azərbaycan olmaqla qardaş türk cümhuriyyətləri vətəndaşlarına hörmətsizlikdir: “Bu cür təhlükəli və bölücü addım Fransada narahatlıq və ayrı-seçkilik yaradacaq, xalqları düşmənə çevirəcək. İstiqlal Müharibəsi dövründə ermənilərdən də istifadə edərək Anadoluda törədilən qırğınlar, yaxın keçmişdə Əlcəzairdəki qətliamlar və Ruanda soyqırımı yaddaşlardadır. Bundan başqa 45 ildə bəziləri Fransada olmaqla 42 məsum türk diplomatının erməni terrorçuları tərəfindən amansızlıqla qətli və 27 il öncə erməni şəbəkələrinin Xocalıdakı qətliamı qarşısında susanların tarixin külünü qarışdıraraq başqalarını günahlandırmağa cəhd göstərməsini insan zəkasına təhqir kimi dəyərləndirirəm. Emmanuel Makronun atacağı bu təhlükəli və yanlış addımdan geri çəkiləcəyini gözləyirik”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər