“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yüksək etimadına görə minnətdarlığımı bildirirəm. Bu etimadı doğultmaq üçün var gücümlə fəaliyyət göstərəcəyimə söz verirəm”.
Teleqraf.com xəbər verir ki, bunu “Feysbuk” sosial şəbəkəsindəki hesabında Prezident İlham Əliyevin az öncə imzaladığı sərəncamla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilən Rəvan Həsənov bildirib.
Qeyd edək ki, Rəvan Həsənov 2 iyul 1989-cu ildə Bakıda doğulub.
O, Milli Qəhrəman Tahir Həsənov adına 23 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Almaniyanın Potsdam Universitetində magistr təhsili alıb. Almaniyada təhsil aldığı illərdə Azərbaycan multikulturalizmini təbliği ilə məşğul olub.
Daha sonra Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin aparıcı məsləhətçisi vəzifəsində çalışıb.
İngilis, alman, rus və türk dillərini bilir.
Ötən ilin iyununda professor Azad Məmmədov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsindən gedəndən sonra bu vəzifəni R.Həsənov icra edirdi.