13 Fevral 2019 10:08
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması ilə əlaqədar Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, başsağlığında deyilir:

“Qardaş Türkiyə Respublikasının İstanbul şəhərinin Çəkməköy səmtində hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər