Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, Sərəncamda qeyd olunur:
1. Sumqayıt şəhərinin 70 illik yubileyi ölkədə geniş qeyd edilsin.
2. Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.