Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzi ilə Şəms Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi edir.
MEK-dən Teleqraf.com-a verilən məlumata görə, Ukrayna, ispan, çex və gürcü dillərində olan “Vikipediya”larda Təbriz Xəlilbəyli, Şövqiyar Abdullayev, Nofəl Quliyev, Valeh Müslümov və Məhərrəm Seyidov haqqında məqalələr yerləşdirilib.
Məqalələrdə Milli qəhrəmanlarımızın həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.
Qeyd edək ki, “Vikipediya” Metodik Mərkəzinin və Şəms Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində xarici dillərdə olan “Vikipediya”larda Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli elm və ictimai-siyasi xadimləri haqqında məqalələr yerləşdirilib.
Həmçinin Azərbaycanın Milli qəhrəmanları haqqında digər dillərdə də məqalələrin yaradılması nəzərdə tutulub.