Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əlbavardi Əl Flasi ilə görüşüb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, görüşdə maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.