Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.
Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısına zavodun fəaliyyəti barədə məlumat verilib.
Prezident İlham Əliyev müəssisəni işə salıb.
Sonra dövlət başçısı zavodun kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.