Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi Avropa İttifaqının nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Bu barədə Teleqraf.com-a Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
H.Hololey Azərbaycanla Aİ arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun fevralın 19-da keçirilməsi planlaşdırılan ilk iclasında iştirak edəcək.
Daha əvvəl Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas iclasın bu formatda ilk dialoq olduğunu bildirib.