25 Fevral 2019 13:39
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada yaşayan azərbaycanlılar və türklər Xocalı soyqırımının 27-cı ildönümü ilə əlaqədar yürüş-mitinq keçiriblər.

Yürüş Londonun şəhərinin Trafalqar meydanından başlayıb Britanya parlamentinin binası qarşısında mitinqlə davam edib.

Aksiya iştirakçıları əllərində “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik!”, “Biz sülh istəyirik!” şüarları yazılmış plakatlar tutublar.

Tədbirin təşkilatçısı Kamran Balayev "Report"un yerli bürosuna bildirib ki, hər il Londonda Xocalı soyqırımı ilə əlaqədar çoxsaylı tədbirlər keçirilir: “Əsas məqsədimiz gələn il Xocalı soyqırımının dünyanın bütün hüquq ədəbiyyatlarında, elmi ocaqlarında öz əksini tapmasıdır. Biz istəyirik ki, Xocalı hadisələri ilə bağlı həqiqətləri bütün dünya bilsin”.

Böyük Britaniyada yaşan daha bir azərbaycanlı Əbdül Nağıyev Azərbaycan xalqına qarşı törədilən qətliamı Britaniya ictimaiyyətinə çatdırmaq, öz fikirlərini bildirmək üçün yürüş-mitinqdə iştirak etdiyini vurğulayıb.

Azərbaycan Evinin rəhbəri, doktor Ali Tekin Atalar isə Xocalıda törədilən cinayətin araşdırılması və səbəbkarların ədalətə təslim edilməsinin vacibliyindən danışıb.

Yürüş-mitinq Azərbaycan himninin səsləndirilməsi ilə başa çatıb./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər