25 Fevral 2019 21:59
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində, Bahçeşehir Univeristetində Xocalı faciəsinin 27-ci ildönümü anılıb.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himinlərinin səsləndirilməsi və Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Anım mərasimini ali təhsil müəssisəsinin professoru, rektor müavini Tunç Bozburan açaraq Xocalıda yaşananları yaxın keçmişin ən böyük dəhşətli hadisəsi adlandırıb. O, işgəncələrlə öldürülən xocalıların və bir gecədə yer üzündən silinən Xocalının səsi olmaq üçün bütün türk gəncliyini birliyə çağırıb. Professor Bahçeşehir Universitetinin radiosunun iki gün ərzində Xocalıda yaşananlardan bəhs edən proqramlar verəcəyini də söyləyib.

Ali təhsil müəssisəsinin professoru Mehmet Çelik çıxışında Xocalını unutmamaq və unutdurmamaq üçün zəruri tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov çıxışında Dağlıq Qarabağ münaqişəsindən bəhs edib, tələbələri bu ərəfədə sosial şəbəkələr üzərindən daha aktiv olmağa və Xocalı həqiqətlərini paylaşmağa çağırıb.

Xocalı rayonunun sabiq içra başçısı, Milli Məclisin deputatı Elman Məmmədov isə Xocalı soyqırımını törədənlərin ədalətli mühakimə ediləcəyi günün yaxın olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər