26 Fevral 2019 16:33
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb və siyasi münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunub. Eyni zamanda tərəflər beynəlxalq təşkilatlar, ələlxüsus BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər