26 Fevral 2019 16:51
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımı haqda həqiqətlərlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq və “Xocalıya Ədalət” beynəlaxalq kampaniyasına dəstək məqsədilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT Gənclər Forumu) Bakıda yerləşən Avrasiya Regional Mərkəzi bu il ərzində Xocalı soyqırımı mövzusunda beynəlxalq məhkəmə modeli təşkil edəcək.

Teleqraf.com xəbər verir ki, bu qərar faciənin ildönümü ərəfəsində keçirilən Forumun Avrasiya Regional Mərkəzi İdarə Heyətinin iclasında qərar verilib.

Qərara əsasən, Mərkəz bu ildən “Ədalət” adlı beynəlxalq məhkəmə modeli layihəsinin icrasına başlayır. Gənc diplomat və hüquqşünaslar üçün nəzərdə tutulmuş layihədə insanlığa qarşı cinayət və ədalətsizliklər əsasında seçilmiş mövzular (işlər) üzrə beynəlxalq məhkəmə simulyasiyaları təşkil olunacaq.

Bu barədə məlumat verən İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev bildirib ki, İdarə Heyətinin qərarı ilə “Ədalət” Beynəlxalq Məhkəmə Modelinin bu ilki mövzusu kimi “Xocalı soyqırımı və dünya ədalət sistemi” seçilib.

E.Mehdiyevin bildirdiyi kimi, Mərkəzin Beynəlxalq İdarə Heyəti Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən və İƏT Gənclər Forumunun fəal iştirak etdiyi “Xocalıya Ədalət” kampaniyasının dünya ictimaiyyətinə beynəlxalq ədalət prinisplərinin çatdırılması sahəsində nailiyyət və təcrübəsini yüksək qiymətləndirib və məhkəmə modelinin əsas məqsədlərindən biri kimi kampaniyaya dəstək vermək haqqında qərar qəbul edib.

Model zamanı həm Qərb, həm də İslam ölkələrindən olan gənc mütəxəsislər “model məhkəmə işi” ətrafında dərin araşdırmalar apararaq, aşkarlanmış faktlar əsasında beynəlxalq hüquq sisteminə uyğun qərarlar çıxaracaqlar.


Müəllif: Cavad

Oxşar xəbərlər