Türkiyəli ulduzları Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşımları ilə diqqət çəkiblər.
Teleqraf.com xəbər verir ki, onlar sırasında Sibel Can, Hadise, Mahsun Kırmızıgül, Alişan və digər tanınmış sənətçilər yer alıb.
Sibel, Hadisə və Mahsum instagram hesablarının "tarix" bölməsində Xocalı ilə bağlı sadəcə foto yerləşdiriblər. Alişan isə yazdığı statusu ilə xalqımızın dərdinə şərik çıxdığını bildirib.
"Hamilə qadınları, yaşlıları, uşaqları öldürməkdən çəkinməyən qatillər o dünyada Allaha necə cavab verəcəklər? Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm" sözlərini yazıb.